...

Yeni Dehlidə hava çirklənməsi kritik həddə çatıb - Məktəblər hibrid təhsilə keçib

Dünya xəbərləri Materials 15 Dekabr 2025 19:32 (UTC +04:00)
Yeni Dehlidə hava çirklənməsi kritik həddə çatıb - Məktəblər hibrid təhsilə keçib

Bakı. Trend:

Hintistanın paytaxtı Yeni Dehlidə hava çirklənməsi kritik həddə çatıb, məktəblər hibrid təhsilə keçib

Trend xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin ətrafındakı 39 ölçmə stansiyasından 38-də hava çirklənməsi “şiddətli” səviyyədə qeydə alınıb.

Hindistanın Hava Keyfiyyətinin İdarə Edilməsi Komissiyası ölkədə hava çirklənməsi ilə mübarizə məqsədilə Aşamalı Mübarizə Fəaliyyət Planının (GRAP) 4-cü mərhələsini tətbiq edib. Qərara əsasən, Yeni Dehlidə məktəblərdə hibrid təhsil sisteminə keçilib.

Hava Keyfiyyəti üzrə Erkən Xəbərdarlıq Sisteminin (AQEWS) proqnozlarına görə, bölgədə hava çirklənməsinin bu gün də “şiddətli” səviyyədə qalacağı, 16 dekabrda isə “çox pis” kateqoriyasında olacağı gözlənilir.

Rəsmilər sabahdan etibarən küləyin sürətinin artmasının hava çirklənməsində qismən azalma yarada biləcəyini bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti