...

Moskvanın iki aeroportunda uçuşlar dayandırılıb

Dünya xəbərləri Materials 15 Dekabr 2025 11:22 (UTC +04:00)
Moskvanın iki aeroportunda uçuşlar dayandırılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya paytaxtı Moskvanın iki hava limanı - “Domodedovo” və “Jukovski” hava limanında təyyarələrin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya”nın nümayəndəsi Artyom Korenyako “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, məhdudiyyətlər təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq olunub.

Bundan əvvəl dekabrın 14-də də Domodedovo və Jukovski aeroportlarında uçuşlar müvəqqəti dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti