...

Büdcənin icrası üçüncü oxunuşda təsdiqlənib

Cəmiyyət Materials 4 İyul 2025 11:24 (UTC +04:00)
Büdcənin icrası üçüncü oxunuşda təsdiqlənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Trend xəbər verir ki, ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 %, proqnozdan isə 2,1 % çoxdur.

Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır.

İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti