...

İran hava limanlarında fəaliyyətini bərpa edib

Dünya xəbərləri Materials 3 İyul 2025 23:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran hakimiyyəti ölkənin əksər hava limanlarında fəaliyyətin bərpa olunduğunu və hava məkanının yenidən açıldığını elan edib.

Trend xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının yaydığı rəsmi bəyanatda bildirilir.

“Mehrabad və İmam Xomeyni hava limanları, həmçinin ölkənin şimal, şərq, qərb və cənub bölgələrindəki hava limanları fəaliyyətini tam bərpa edib və bütün xidmətləri təqdim etməyə hazırdır”, – deyə bəyanatdan sitat gətirən Mehr agentliyi bildirib.

Qeyd olunub ki, yalnız İsfahan və Təbriz hava limanları istisna olmaqla, ölkənin bütün hava limanlarında daxili və beynəlxalq reyslərin icrasına saat 05:00-dan (Bakı vaxtı ilə 04:30) saat 18:00-dək (Bakı vaxtı ilə 17:30) icazə verilib.

Xəbər lenti

Xəbər lenti