...

Fransada 200-ə yaxın hava reysi təxirə salınıb

Dünya xəbərləri Materials 3 İyul 2025 11:55 (UTC +04:00)
Fransada 200-ə yaxın hava reysi təxirə salınıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada hava limanı dispetçerlərinin tətilə çıxması ilə əlaqədar İrlandiyanın “Ryanair” loukoster aviaşirkəti 170-dən çox hava reysini təxirə salmağa məcbur olub. Yaranmış vəziyyət 30 mindən çox sərnişinin səyahət planlarını alt-üst edib.

Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən məlumat yayıb.

Məlumata görə, təxirə salınmış hava reyslərinə Fransaya və Fransadan olan uçuşlar həmçinin, adıçəkilən ölkə üzərindən keçən tranzit uçuşlar (Britaniya, Yunanıstan, İspaniya və İrlandiyaya) daxildir.

“Ryanair” baş icraçı direktoru Maykl Oleri bu cür halların gələcəkdə, ələlxüsus da yay tətillləri dövründə baş verməməsi üçün Avropa İttifaqı Komissiyasının prezidenti Ursulan fon der Lyayeni Aİ hava nəqliyyatına nəzarət sistemində islahatların aparılması üçün vacib addımlar atmağa çağırıb.

"Fransa hava nəqliyyatı dispetçerlərinin daha bir tətili nəticəsində təyinat nöqtəsinə uçan təyyarələrin Fransa hava məkanından keçməsi zamanı uçuşların ləğv edilməsi və ya gecikdirilməsi qəbuledilməzdir. Bu, məntiqə sığmır və Avropa İttifaqı sərnişinləri və tətilə gedən ailələr üçün açıq-aşkar ədalətsizlikdir",- Maykl Oleri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti