Bakı. Trend:
İndoneziyanın məşhur turizm bölgəsi sayılan Bali adasında sərnişin bərəsinin batması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, itkin düşmüş onlarla insanın axtarışları davam etdirilir.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Dəqiqləşdirilmiş məlumata əsasən, yerli vaxtla 23:20-də batmağa başlayan gəminin göyərtəsində 53 sərnişin və 12 ekipaj üzvü olub.
Xilasedicilər onlardan yalnız otuz birini xilas edə bilib .
xxx
07:34
İndoneziyanın Bali adası yaxınlığında sərnişin bərəsi batıb.
Trend xəbər verir ki, hadisə yerli vaxtla iyulun 2-də gecə saat 23:20-də İndoneziyanın Yava və Bali adaları arasındakı Bali boğazında baş verib.
Axtarış-xilasetmə agentliyinin açıqlamasında deyilir ki, bərədə 53 sərnişin və 12 nəfər heyət üzvü, habelə 22 nəqliyyat vasitəsi olub. Xilasedicilər 4 nəfəri sudan sağ çıxarıblar.
Hazırda digərlərinin axtarışları davam edir.
