Beyləqan.Trend:
Beyləqanda 16 yaşlı oğlan kanalda batıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə Xanqızı kanalının rayonun mərkəzi ərazisindən keçən hissəsində baş verib. Rayonun Eyvazallar kənd sakini Qasımov Əkbər Nizami oğlu kanalda çimərkən batıb. Hazırda aidiyyatı üzrə qurumlara məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.