...

“Microsoft”dan 9 min nəfərlik ixtisar – İşçiləri süni intellekt əvəz edəcək

Dünya xəbərləri Materials 3 İyul 2025 15:35 (UTC +04:00)
“Microsoft”dan 9 min nəfərlik ixtisar – İşçiləri süni intellekt əvəz edəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin texnologiya nəhəngi sayılan “Microsoft” korporasiyası təxminən 9000 işçinin ixtisarını elan edib. Bu, son iki ilin ən böyük kütləvi ixtisarıdır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bu addım korporasiyanın ümumi işçi sayının 4%-dən azını əhatə edir və süni intellektin inkişafına böyük maliyyə yatırımlarının qoyulduğunu göstərir.

Çərşənbə günü “Microsoft” rəhbərliyi “Xbox” videooyun bölməsi və şirkətin digər filiallarının adları ixtisara düşən işçilərinə işdən azad edilmələri barədə bildiriş məktubu göndərib.

“Microsoft”un Vaşinqton ştatının Redmond şəhərində yerləşən qərargahına bağlı 830 işçinin ixtisar olunacağı bildirilir. Microsoft əlavə edir ki, ixtisarlar dinamik bazarda uğura nail olmaq üçün zəruri olan “təşkilati dəyişikliklər” çərçivəsində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti