...

IGB operatoru güclərin bölgüsü üzrə illik hərraclar həyata keçirəcək

Energetika Materials 3 İyul 2025 14:04 (UTC +04:00)
IGB operatoru güclərin bölgüsü üzrə illik hərraclar həyata keçirəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ICGB qaz nəqli sisteminin müstəqil operatoru iyulun 7-də sabit (firm) məhsullar üçün və iyulun 21-də fasilə oluna bilən (interruptible) məhsullar üçün Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun mövcud güclərin bölgüsünü həyata keçirəcək.

Bu barədə Trend ICGB-ə istinadən xəbər verir.

TAP və DESFA ilə birləşmə nöqtələrindəki (IP) ötürmə gücləri PRISMA platforması vasitəsilə, “Bulgartransgaz” ilə Stara Zaqora nöqtəsində isə Regional Booking Platform (RBP) üzərindən təklif olunacaq.

ICGB qarşıdakı 5 ardıcıl qaz ili üçün təminatlı ötürmə güclərini təqdim edəcək. DESFA və TAP ilə birləşmə nöqtələrindəki giriş gücləri rəqabət əsaslı satışa çıxarılacaq.

Fasilə oluna bilən geri ötürmə (virtual) gücü isə yalnız bir qaz ili (2025/2026) üçün – “Bulgartransgaz” ilə giriş və TAP ilə çıxış nöqtələrində təklif olunacaq.

İştirakçılar öz müraciətlərini vaxtında hazırlaya bilmələri üçün PRISMA və RBP platformalarında ətraflı məlumat artıq yerləşdirilib. “Bütün maraqlı tərəfləri müraciət etməyə çağırırıq, çünki bu, regionun enerji müstəqilliyinin təmin olunmasında mühüm addımdır”, – ICGB-nin icraçı direktorları Teodora Georgieva və Georgi Satlas bildiriblər.

Qeyd olunur ki, üç il ərzində kommersiya istismarında olan IGB qaz kəməri 45-dən çox istifadəçini qeydiyyata alıb və Cənub-Şərqi Avropada qaz təchizatının şaxələndirilməsində əsas rol oynayır. Hal-hazırda interkonnektor qış aylarında Bolqarıstanın daxili qaz tələbatının 40%-dən çoxunu, yay aylarında isə 60%-dən çoxunu qarşılayır, həmçinin Yunanıstana virtual geri nəql imkanı yaradır. İstismara verildiyi gündən bəri IGB qaz kəməri ilə 34,5 milyon Mvt/s-dan çox qaz nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti