Bakı. Trend:
İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatı davam edir.
Trend xəbər verir ki, qadın güləşi üzrə ilk çempionlar artıq müəyyənləşib.
59 kiloqram çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksəlib. Həlledici görüşdə o, türkiyəli Sevim Akbaş üzərində inamlı qələbə (9:1) qazanaraq Avropa çempionu tituluna sahib çıxıb.
Beləliklə, Günay Qurbanova bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medal əldə edib. Qeyd edək ki, o, daha əvvəl ilin ilk reytinq turnirinin və U-23 Avropa çempionatının da qalibi olub.