...

Paşinyan erməni xalqına yeni erməni katolikosu seçməyi təklif edib

Dünya xəbərləri Materials 3 İyul 2025 12:21 (UTC +04:00)
Paşinyan erməni xalqına yeni erməni katolikosu seçməyi təklif edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda kilsə ilə hakimiyyət arasında yaşanan gərginlik fonunda ölkənin baş naziri Nikol Paşinyan bütün ermənilərin yeni katolikosunun (Erməni Apostol Kilsəsinin rəhbəri) seçilməsi üçün növbədənkənar seçkilərin keçirilməsini təklif edib.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

“Növbədənkənar seçkilər birmənalı olaraq keçirilməlidir. Bütün ermənilərin Katolikosunun seçkiləri” ,- deyə Paşinyan bildirib.

Qeyd edək ki, Erməni Apostol kilsəsi ilə hökümət arasında çəkişmələr Paşinyanın öz bəyanatında Qarabağı Azərbaycanın ərazisi kimi tanımasından sonra meydana gəlib. Ermənistanın ali patriarxı və bütün ermənilərin katolikosu II Qaregin Paşinyanı istefaya çağırıb.

May ayının sonlarından etibarən erməni baş nazir mütəmadi olaraq katolikosu və arxiyepiskopları tənqid edir, onların subaylıq andını pozmalarını iddia edərək kilsəni tərk etmələrini tələb edir.

İyun ayının sonunda Ermənistanda Erməni Apostol Kilsəsinin iki arxiyepiskopu hakimiyyəti ələ keçirmək və ölkədə terror aktları planlaşdırmaqda şübhəli bilinərək həbs olunub. Arxiyepiskoplardan əlavə daha 15 nəfər də həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti