Bakı. Trend:
“SOCAR Türkiyə”nin törəmə şirkətlərindən olan “SOCAR Fiber” və “TurkNet” şirkəti Türkiyənin internet infrastrukturunu gücləndirmək məqsədilə strateji əməkdaşlığa imza atıb.
Trend xəbər verir ki, bu barədə “SOCAR Türkiyə”nin sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, bu çərçivədə, TANAP təbii qaz boru kəməri boyunca uzanan 1850 km uzunluğundakı “SOCAR Fiber” ekspres marşrutu “TurkNet”in magistral şəbəkəsinə inteqrasiya olunacaq. “Gürcüstandan Yunanıstana qədər uzanan bu xətt Bursa, Eskişehir, Ankara, Sivas, Erzurum və Qars şəhərlərinin yaxınlığından keçərək yüksək sürət, aşağı gecikmə və fasiləsiz bağlantı təcrübəsi təqdim edəcək”, - deyə, paylaşımda bildirilib.
Qeyd edək ki, 2013-cü ildə qurulan “SOCAR Fiber” TANAP qaz boru kəmərinin yanında yerləşir və Gürcüstan sərhədindən Yunanıstan sərhədinə qədər uzanır, 20 şəhər və 67 rayon üzrə xidmət təmin edir.