Bakı. Trend:
24 İyun 2025-ci il tarixində, Safavy.org onlayn təhsil
platforması tərəfindən təşkil edilən, eləcə də PAŞA Holding
tərəfindən dəstək olunan “HER IT Journey 3” layihəsinin bağlanış
tədbiri keçirilib.
Layihənin üçünçü dalğasında toplam 20 regionlarda yaşayan xanımlara Rəqəmsal Marketinq və Brendləşdirmə, eləcə də Qrafik Dizayn sahələri üzrə dərslər keçirilmişdir. Layihənin əsas məqsədi ölkənin regionlarında yaşayan və ya paytaxta təhsil almaq üçün gələn xanımların rəqəmsal bacarıqlarını artırmaq, əmək bazarına inteqrasiyasını stimullaşdırmaq və karyera qurmaq istiqamətlərində yumşaq bacarıqların öyrədilməsindən ibarətdir.
Qeyd edək ki, layihənin üçüncü dalğasında Lənkəran, Xaçmaz, Şəki, İmişli, Gəncə, Sabirabad, Naxçıvan, Sumqayıt və Bakı kəndləri də daxil olmaqla müxtəlif şəhər və regionlardan xanımlar qoşulub.
Qadın sahibkarlığı mövzusu PAŞA Holding-in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura AFAQ layihəsi, Ana Sahibkar və Woman Bazaar layihələri daxildir.