...

Dövlət Vergi Xidmətinin xətti dövlət büdcəsinə daxilolmalar 422 milyon manat artıb

İqtisadiyyat Materials 3 İyul 2025 10:32 (UTC +04:00)
Dövlət Vergi Xidmətinin xətti dövlət büdcəsinə daxilolmalar 422 milyon manat artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə daxilolmalar 8,7 milyard manat olub.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 422 milyon manat və ya 5,1 çoxdur. Belə ki, 2024-cü ilin ilk altı ayında DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 8,3 milyard manat olmuşdu.

Qeyd edək ki, DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar proqnozdan 466,4 milyon manat və ya 5,7% çox olub.

Məlumat üçün bildirək ki, cari ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 19,8 milyard manat, xərcləri isə 17,1 milyard manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti