...

İlk altı ayda uşağın anadan olmasına görə neçə nəfərə birdəfəlik müavinət ödənilib?

Cəmiyyət Materials 3 İyul 2025 10:43 (UTC +04:00)
İlk altı ayda uşağın anadan olmasına görə neçə nəfərə birdəfəlik müavinət ödənilib?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar- iyun ayları ərzində 46 437 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, müavinət ödənişləri 21 765 nəfər qız, 24 672 nəfər oğlan uşağına görə aparılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində 51 min 497 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib. Dünyaya gələn uşaqların 23 min 965 nəfəri qız, 27 min 532 nəfəri isə oğlandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti