...

Qarabağ suvarma kanalında batmış yeniyetmənin meyiti tapılıb

Hadisə Materials 2 İyul 2025 22:19 (UTC +04:00)

Bakı. Trend:

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarışlara başlanılıb.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Axtarışlar nəticəsində kanalda batmış 2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti