...

Azərbaycanda ailənin orta gəlirinin hesablanması qaydası dəyişdi

İqtisadiyyat Materials 3 İyul 2025 16:51 (UTC +04:00)
Azərbaycanda ailənin orta gəlirinin hesablanması qaydası dəyişdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ailənin orta gəlirinin hesablanması qaydası dəyişib.

Trend xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Belə ki, Prezidentin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” fərmanın icrası ilə əlaqədar bəzi qərarlarda dəyişiklik edilib.

Qərara əsasən, bundan sonra Azərbaycanda ailənin orta gəliri hesablanarkən onun gəlirindən paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıq əvəzinə verilən pul kompensasiyası çıxılmayacaq.

Xəbər lenti

Xəbər lenti