...

MMU-da NATO proqramı çərçivəsində treninqlər keçirilib (FOTO)

Cəmiyyət Materials 3 İyul 2025 13:11 (UTC +04:00)
MMU-da NATO proqramı çərçivəsində treninqlər keçirilib (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" (DEEP) çərçivəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində (MMU) treninqlər təşkil olunub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Alyansın nümayəndə heyəti ilə keçirilən görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib.

Daha sonra hərbi təhsil üzrə mütəxəssislərimizin iştirakı ilə “Təhsildə keyfiyyətə nəzarət mexanizminin yaradılması və icra olunması” mövzusunda treninqlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti