...

Hökumətin IT infrastrukturunda ciddi təhlükəsizlik boşluqları var - Almaniya Hesablama Palatası

Dünya xəbərləri Materials 4 İyul 2025 04:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Hesablama Palatası federal hökumətin informasiya texnologiyaları infrastrukturunda ciddi kibertəhlükəsizlik zəiflikləri olduğunu açıqlayıb.

Trend xəbər verir ki, bu barədə məlumat “Spiegel” qəzetinin əldə etdiyi, Büdcə Komitəsinə təqdim olunan hesabatda yer alıb.

Sənəddə qeyd edilir ki, federal hökumətə məxsus 100-dən çox məlumat mərkəzindən yalnız 10 faizi minimum təhlükəsizlik standartlarına cavab verir. Bir çox dövlət qurumlarında fövqəladə hallar üçün ehtiyat enerji sistemləri və coğrafi ehtiyat nüsxələmə imkanlarının olmaması sosial təminat kimi əsas xidmətlərin davamlılığını təhlükə altına alır.

Palata kibertəhlükəsizlik sahəsində 77 dövlət qurumunun fəaliyyət göstərdiyini, lakin aralarında əməkdaşlıq və koordinasiyanın çox zəif olduğunu vurğulayıb. Milli Kibermüdafiə Mərkəzinin fəaliyyəti isə qeyri-effektiv hesab olunub.

Bundan əlavə, 2021-ci ildə qəbul edilən və sonradan yenilənən kibertəhlükəsizlik strategiyasının da səmərəsiz olduğu qeyd olunub. Sənədin hazırlanması zamanı real problemlər və mövcud resurs ehtiyacları nəzərə alınmayıb.

Hesablama Palatası federal hökumətə çağırış edərək:

- Kibertəhlükəsizlik strukturunun yenidən nəzərdən keçirilməsini,

- İdarəetmənin mərkəzləşdirilməsini,

- Xərclərə daha ciddi nəzarətin təmin edilməsini tövsiyə edib.

Hazırda kibertəhlükəsizlik məsələlərinə Almaniyada həm Daxili İşlər Nazirliyi (BMI), həm də Rəqəmsal İşlər Nazirliyi (BMDS) cavabdehdir. Hər iki qurum Hesablama Palatasının iradlarını qəbul etsə də, məsuliyyət bölgüsündə Avropa İttifaqının normativ tənzimləmələrinə istinad ediblər.

Xəbər lenti

Xəbər lenti