...

"Bavariya" "Maynts"la heç-heçə edib - Almaniya Bundesliqası

İdman Materials 15 Dekabr 2025 00:10 (UTC +04:00)
"Bavariya" "Maynts"la heç-heçə edib - Almaniya Bundesliqası

Bakı. Trend:

Münhenin "Bavariya" futbol klubu 14-cü turu çərçivəsində Almaniya çempionatında sonuncu yerdə qərarlaşan "Maynts"la heç-heçə edib.

Trend-in məlumatına görə, görüş Münhendə "Alyans Arena"da keçirilib. Oyun 2:2 hesabı ilə başa çatıb.

"Bavariya"nın heyətində qolları Lennart Karl (29-cu dəqiqə) və Harri Keyn (87-ci, penalti) vurub.

"Maints"ın heyətində Katsper Potulski (45+2) və Lee Ce Son (67) fərqləniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti