...

ABŞ Suriyada patrula hücumda əlaqəli olan şəxsləri məsuliyyətə cəlb edəcək

Dünya xəbərləri Materials 14 Dekabr 2025 23:51 (UTC +04:00)
ABŞ Suriyada patrula hücumda əlaqəli olan şəxsləri məsuliyyətə cəlb edəcək

Bakı. Trend:

ABŞ administrasiyası Palmira bölgəsində Suriya–Amerika birgə patruluna hücumun təşkilində təqsirli bilinən şəxsləri məsuliyyətə cəlb edəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti dövlət katibi Marko Rubio ilə keçid dövründəki Suriya hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əl-Şeybani arasında telefon danışığından sonra yayımlanan açıqlamada bildirib.

"Xarici işlər naziri əş-Şeybani başsağlığı verib və Suriya hökumətinin İŞİD-in yaratdığı ümumi təhlükəni azaltmaq və aradan qaldırmaq qətiyyətini bir daha təsdiqləyib. ABŞ amerikalılara zərər verən və ya onları təhdid edən hər kəsi məsuliyyətə cəlb edəcək", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti