Bakı. Trend:
Sidney çimərliyində Hanuka bayramı zamanı baş verən kütləvi atışmada ölənlərin sayı 16-ya çatıb.
Trend-in məlumatına görə, bu barədə Avstraliya polisi xəbər verib.
Məlumata əsasən, ölənlər arasında atıcılardan biri, 50 yaşlı bir kişi də olub. İkinci hücumçu yaralanıb və vəziyyəti ağır. O, polis nəzarəti altında xəstəxanaya aparılıb.
Bildirilib ki, dörd uşaq da daxil olmaqla, ümumilikdə 42 nəfər xəstəxanaya yerləşdirilib.