...

Amerikalı kinoaktyor Maykl Medsen 68 yaşında vəfat edib

Dünya xəbərləri Materials 3 İyul 2025 21:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı tanınmış kinoaktyor Maykl Medsen 68 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə NBC News aktyorun menecerinə istinadən məlumat yayıb.

Menecerin sözlərinə görə, aktyor iyulun 3-də səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.

Maykl Medsen daha çox məşhur amerikalı rejissor Kventin Tarantino ilə əməkdaşlığı ilə tanınır. Onun kino karyerası 40 ildən artıq davam edib.

Medsen “Reservoir Dogs” (1991), “Kill Bill” duologiyası və digər onlarla məşhur filmdə rol alıb.

Xəbər lenti

Xəbər lenti