Bakı. Trend:
İspaniyalı gənc motosiklet yarışçısı Borxa Qomez Avropa çempionatının üçüncü mərhələsi çərçivəsində keçirilən sınaq sessiyaları zamanı baş verən qəza nəticəsində 20 yaşında dünyasını dəyişib.
Trend xəbər verir ki, bu barədə idmançının çıxış etdiyi "Team Laglisse" komandasının mətbuat xidməti məlumat yayıb.
Faciəvi hadisə Fransadakı Maqni-Kors trasında baş verib.
Komandanın açıqlamasında deyilir:
"Böyük kədər hissi ilə bildiririk ki, Borxa Qomez Avropa
çempionatının sınaq sessiyalarının ilk mərhələsində baş vermiş ağır
qəzadan sonra vəfat edib. Onun yalnız istedadlı motosikletçi deyil,
həm də gözəl bir insan kimi xatirəsi bizimlə qalacaq. Mehribanlığı
və təbəssümü heç vaxt unudulmayacaq."
Qeyd edək ki, Borxa Qomez Avropa çempionatında ümumi lider mövqeyində idi və gələcək vəd edən idmançılar arasında göstərilirdi.