...

Kaliforniyada “fişəng” anbarında partlayış: azı 7 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 3 İyul 2025 10:21 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatının Yolo rayonunda yerləşən pirotexnika anbarında baş vermiş partlayış və yanğından sonra azı 7 nəfər itkin düşüb. Xilasedicilər hələ ki, onların nə ölüsünü, nə də dirisini aşkarlayıblar.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yanğınsöndürənlər alovu tam söndürə bilmədiyindən yaxın çevrədə yaşayan sakinlərin təxliyəsi ilə bağlı göstəriş hələ də qüvvədə qalmaqdadır.

Müşahidə və axtarış əməliyyatına pilotsuz uçuş aparatları da cəlb olunub.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti