...

MOK-un üzvləri Avropa Olimpiya Komitələrinin müxtəlif komissiyalarına üzv seçilib

İdman Materials 3 İyul 2025 13:13 (UTC +04:00)
MOK-un üzvləri Avropa Olimpiya Komitələrinin müxtəlif komissiyalarına üzv seçilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi 2025-2029-cu illər üzrə komissiyanın yeni tərkibini təsdiqləyib.

Bu barədə Trend-ə Milli Olimpiya Komitəsindən (MOK) məlumat verilib.

Qeyd edilib ki, komissiyanın yeni tərkibində MOK-un iki üzvü də yer alır.

Qərara əsasən, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Avropa Olimpiya Komitələrinin (AOK) eSports Komissiyasının, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov Avropa İttifaqı və Beynəlxalq

Əlaqələr Komissiyasının üzvü seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti