...

Türkiyənin İzmir vilayətində baş verən meşə yanğını faciə ilə nəticələnib

Dünya xəbərləri Materials 4 İyul 2025 05:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İzmir vilayətinin Ödemiş rayonunda baş verən meşə yanğını faciə ilə nəticələnib.

Trend xəbər verir ki, bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı açıqlama verib.

Nazirin sözlərinə görə, yanğının söndürülməsi zamanı bir meşə işçisi həlak olub, bir sürücü isə ağır yaralanıb. Bundan əlavə, hadisə nəticəsində 80 yaşlı yataq xəstəsinin də həyatını itirdiyi bildirilib.

Eyni zamanda, Türkiyənin İstanbul şəhərinin Silivri rayonunda da genişmiqyaslı meşə yanğını baş verib. İstanbul Valiliyinin verdiyi məlumata əsasən, yanğınla mübarizəyə 7 təyyarə, 3 helikopter, çoxlu sayda texnika və 691 nəfərlik heyət cəlb olunub.

Təhlükəsizlik məqsədilə 50 mənzillik ərazi təxliyə olunub. İlkin məlumatlara görə, yanğın nəticəsində 100 hektarlıq meşə sahəsi zərər görüb.

Hər iki bölgədə yanğının səbəbləri araşdırılır, söndürmə və soyutma işləri isə davam etdirilir.

Xəbər lenti

Xəbər lenti