...

Suriya yeni dövlət gerbini təqdim edib

Dünya xəbərləri Materials 4 İyul 2025 01:34 (UTC +04:00)
Suriya yeni dövlət gerbini təqdim edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya hökuməti ölkənin yeni dövlət gerbini təqdim edib.

Trend xəbər verir ki, bu barədə məlumatı “Al-Ikhbaria” telekanalı yayıb.

Yeni gerbdə qanadlarını açmış və sinəsində üç ulduz əks olunmuş qartal təsvir edilib. Dövlət simvolunun təqdimatı Dəməşqdə keçirilən rəsmi mərasim zamanı baş tutub.

Tədbirdə çıxış edən Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraan bildirib ki, dəyişdirilmiş qartal Suriya xalqının tarixində yeni mərhələyə keçidin simvoludur: “Bu gerb suriyalıların gücünü, əzmini və milli iradəsini əks etdirir”.

Qeyd edək ki, indiyədək Suriyanın dövlət gerbi sinəsində iki ulduz olan qalxanlı qartal şəklində idi. Qartalın pəncələrində “Suriya Ərəb Respublikası” sözləri yazılmış lent tuturdu.

Xəbər lenti

Xəbər lenti