...

Bu il radiasiya təhlükəsizliyi ilə bağlı neçə inzibati xəta haqqında protokol tərtib edilib? - AÇIQLAMA

Cəmiyyət Materials 3 İyul 2025 10:39 (UTC +04:00)
Bu il radiasiya təhlükəsizliyi ilə bağlı neçə inzibati xəta haqqında protokol tərtib edilib? - AÇIQLAMA
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən 2025-ci ilin altı ayı ərzində radiasiya təhlükəsizliyinin təmin olunmasında yol verilmiş nöqsanlara görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci və 457-1.1.3-cü maddələri ilə 81 inzibati xəta haqqında protokol tərtib edilib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov məlumat verib.

Qeyd edilib ki, onlardan 268.0.1-ci maddəsi ilə 76 vəzifəli şəxsə və 1 hüquqi şəxsə, 457-1.1.3-cü maddəsi ilə isə 4 vəzifəli şəxsə qarşı inzibati xəta haqqında protokollar tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti