...

Körfəz ölkələri vahid turist vizasına keçir

Dünya xəbərləri Materials 4 İyul 2025 06:56 (UTC +04:00)
Körfəz ölkələri vahid turist vizasına keçir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın zamanda Körfəz Ərəb Dövlətləri vahid turist vizası tətbiq edəcək.

Trend xəbər verir ki, bu barədə Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Baş katibi Casim əl-Budeyvi Ər-Riyadda keçirilmiş 39-cu iclas zamanı açıqlama verib. Görüşdə üzv dövlətlərin pasport idarələrinin Baş direktorları iştirak edib.

Tədbirdə vahid turist vizası ilə bağlı texniki şöbələrin hazırkı fəaliyyəti və hazırlıq işləri də müzakirə olunub.

Qeyd edək ki, 2023-cü ildə Əməkdaşlıq Şurasının üzvləri — Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Oman — Şengen zonası modelində vahid viza sisteminin yaradılması barədə razılığa gəliblər.

Yeni sistemin tətbiqi bölgədə turizmin inkişafını və ölkələr arasında səyahətlərin asanlaşdırılmasını hədəfləyir. Vahid viza sayəsində turistlər bir viza ilə bütün Körfəz ölkələrinə sərbəst səyahət edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti