...

İsveçrə atom elektrin stansiyasını "söndürüb"

Dünya xəbərləri Materials 4 İyul 2025 11:20 (UTC +04:00)
İsveçrə atom elektrin stansiyasını "söndürüb"
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Avropada davam edən anomal istilərlə əlaqədar İsveçrənin Arqau kantonunda yerləşən "Beznav" atom elektrik stansiyası qismən elektrik şəbəkəsindən ayrılıb. Reaktorlardan biri tamamilə dayandırılıb, digəri isə yalnız 50% güclə işləyir.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir

Məlumata göprə, stansiyanın istismarını həyata keçirən şirkət bildirib ki, məhdudiyyətin tətbiq edilməsinə səbəb yaxınlıqdakı Aare çayında suyun temperaturunun yüksək olmasıdır.

Reaktorların soyudulması üçün istifadə edilən suyun geriyə, onsuz da həddindən artıq qızmış çaya buraxılması yerli fauna və floraya zərər verə bilərdi.

Avropa İttifaqının “Kopernik” iqlim problemlərinin tədqiqi xidmətinin 2024-cü il üçün hesabatına əsasən, Avropa, planetimizdə temperaturun ən yüksək templə artdığı qitədir: 1980-ci illərdən bəri Avropada temperatur dünya üzrə orta göstəricidən iki dəfə sürətlə yüksəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti