...

İsrail ordusu İranın öz potensialını bərpa etməsinə imkan verməməlidir - Katz

Dünya xəbərləri Materials 4 İyul 2025 12:02 (UTC +04:00)
İsrail ordusu İranın öz potensialını bərpa etməsinə imkan verməməlidir - Katz
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu İranının öz nüvə potensialını bərpa etməsinə imkan verməməlidir.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib.

İsrail müdafiə naziri və İsrail Müdafiə Qüvvələrinin Baş qərargah rəisi general-leytenant Eyal Zamir bir neçə gün əvvəl İrana qarşı yekunlaşmış “Yüksələn Şir” əməliyyatının nailiyyətlərindən danışıblar.

Katz bu əməliyyatı strateji uğur kimi qiymətləndirir.

“İsrail Müdafiə Qüvvələri İranın nüvə proqramı və raket istehsalı sistemini neytrallaşdırmaqda əlamətdar nailiyyətlər əldə etdi. İsrail üçün ən ciddi təhlükə mənbəyi məhz bu iki məsələ idi,” – deyə Katz bildirib.

O, potensial təhdidlər qarşısında İsrail Müdafiə Qüvvələrinin mümkün əməliyyatlara hazır olmalı olduğunu deyib.

“İsrail Müdafiə Qüvvələri həm kəşfiyyat baxımından, həm də əməliyyat səviyyəsində Tehrana qarşı hava üstünlüyünü təmin etmək və İranın öz hərbi potensialını bərpa etməsinin qarşısını almaq üçün hazır olmalıdır”,- deyə Katz qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti