Bakı. Trend:
“Liverpul” futbol klubu faciəvi şəkildə vəfat edən portuqaliyalı hücumçu Dioqo Jotanın xatirəsini əbədiləşdirmək məqsədilə onun geyindiyi 20 nömrəli formanı dövriyyədən çıxarıb.
Trend xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
Açıqlamada qeyd olunur: “20 nömrə “Liverpul”un 2024/2025 mövsümündə qazandığı 20-ci çempionluğa verdiyi töhfəyə görə əbədiləşdiriləcək. Apreldə Mersisayd derbisində “Kop” tribunası qarşısında etdiyi tipik fənd və zərbə ilə komandasına qələbə qazandıran qol, onun həyatındakı son qol oldu”.
Qeyd edək ki, 28 yaşlı Dioqo Jota və 26 yaşlı qardaşı Andre iyulun 3-də İspaniyanın Samora əyalətində baş verən yol-nəqliyyat hadisəsində həyatını itiriblər.