Bakı. Trend:
"İnter"in niderlandlı müdafiəçisi Denzel Dumfris karyerasını İspaniyada davam etdirə bilər.
Trend xəbər verir ki, 29 yaşlı sağ cinah müdafiəçisi "Barselona" klubunun maraq dairəsinə düşüb. İspaniya mətbuatının yaydığı məlumata görə, futbolçunun meneceri Jorje Mendeş onu Kataloniya klubuna təklif edib.
Dumfrisin "Barselona"ya keçməkdə maraqlı olduğu və transferin baş tutacağı təqdirdə təxminən 25 milyon avro qarşılığında reallaşa biləcəyi bildirilir.
Qeyd edək ki, Dumfrisin "İnter"lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. O, son mövsümdə bütün turnirlərdə 47 oyuna çıxaraq 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.