Xankəndi. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin ticarət nazirlərinin toplantısının Daşkəndə keçirilməsini təklif edirəm.
Trend-in Xankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev İƏT 17-ci zirvə-toplantısında bildirib.
“Hazırda üzv dövlətlər arasında qarşılıqlı ticarət səviyyəsi aşağı olaraq qalır – bu, onların ümumi xarici ticarət dövriyyəsinin cəmi 10 faizini təşkil edir və 2024-cü ilə olan məlumata əsasən, təxminən 95 milyard ABŞ dolları səviyyəsindədir. Bu sahədə strateji əməkdaşlığın inkişaf yollarını müzakirə etmək üçün İƏT-ə üzv dövlətlərin ticarət nazirlərinin görüşünü Daşkənddə keçirməyi təklif edirik”, – deyə o vurğulayıb.
Xəbər yenilənəcək