Bakı.Trend:
Paytaxtın Xəzər rayonunda keçirilən tədbir zamanı Buzovna qəsəbəsi ərazisində “KAMAZ” markalı yük avtomobilindən müxtəlif çeşidli tullantıların boşaldılması aşkar olunub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin yük avtomobilinin sürücüsü barəsində inzibati tədbir görülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.