Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 19,780 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,3 milyon ABŞ dolları və ya 45,2% azdır.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Gürcüstanın payı 5,5% təşkil edib. Bununla da Gürcüstan Azərbayandan ən çox pul köçürülən ölkələr siyahısında 5-ci pillədə qərarlaşıb.
Həmçinin cari ilin ilk 9 ayında Gürcüstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 30,481 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 3,9 milyon ABŞ dolları və ya 14,7% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Gürcüstanın payı 3,6% təşkil edib.
2024-cü ilin ilk 9 ayında Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 36,082 milyon ABŞ dolları, əks istiqamətdə isə 26,574 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.
