...

“Zərərsiz” mifinin arxasında: elektron siqaretlərin real fəsadları

Cəmiyyət Materials 18 Dekabr 2025 17:40 (UTC +04:00)
“Zərərsiz” mifinin arxasında: elektron siqaretlərin real fəsadları
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək.

Bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Ümumiyyətlə elektron siqaretlərin insan sağlamlığına mənfi təsirlərinə nəzər salsaq bunun nə qədər ziyanlı olduğunu görə bilərik.

Elektron siqaretlər nikotin və bir sıra kimyəvi maddələr buraxır ki, bu maddələr sağlamlığa ciddi ziyanlar verə bilər. Nikotin güclü asılılıq yaradır, bu da uşaqlar və gənclər üçün xüsusilə təhlükəlidir. Sübutlar göstərir ki, elektron siqaret istifadəçiləri ürək-damar xəstəlikləri, tənəffüs sistemi üçün və bəzən mutagen təsir göstərir. Bu siqaretlərdən istifadə edən insanlarda miyokard infarktı və beyin insultu riski daha çoxdur. Sübutlar göstərir ki, elektron siqaret istifadəçiləri ürək-damar xəstəlikləri, miyokard infarktı və beyin insultu riskinə daha çox meyillidir. Əksər elektron siqaretlərdə nikotin olur ki, bu, son dərəcə asılılıq yaradan maddədir. Nikotin qəbul etmək beyində mükafat hissini gücləndirir və tez asılılıq yaradır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər araşdırmaların nəticələrinə görə, e-siqaret (vape) istifadəsi xüsusilə yeniyetmələr arasında genişlənir və onların tərki çətin olur. Belə məhsulların populyarlaşması nəticəsində gənclər arasında gələcəkdə klassik siqaret istifadəsinə keçid də müşahidə edilir, yəni vape istifadəçiləri siqaret çəkməyə meyilli ola bilər. Bu səbəbdən bir çox ölkələr, o cümlədən Azərbaycanda qadağa və sərt tənzimləmə sağlamlıq risklərini azaltmaq üçün görülən tədbirlərdir.

Elektron siqaretlərin dizaynı və ləzzətli mayelər xüsusilə cəlbedicidir və bu faktorlar gənc istifadəçilərin sayını artırır. Əgər bu tendensiya davam edərsə daha çox gənc nikotin asılılığına düşə bilər. Bu da qısa və uzunmüddətli sağlamlıq problemlərini ağırlaşdıra bilər. Bunun qarşısını almaq üçün tam qadağa cəmiyyət səviyyəsində nikotin məhsullarının xərcini və əlçatanlığını azaltmaq üçün ən sərt tədbir hesab edilir.

Elektron siqaretin passiv təsiri də ciddi narahatlıq yaradır. Havaya buraxılan aerosol təkcə istifadəçinin özünə deyil, ətrafdakılara da təsir edir. Bu, xüsusilə uşaqlar, hamilə qadınlar və tənəffüs yolu xəstəlikləri olan şəxslər üçün təhlükəlidir. Qapalı məkanlarda, ictimai nəqliyyatda və ümumi yerlərdə şüursuz istifadə daha geniş problemlərə səbəb ola bilər. Bu baxımdan qadağa ilə ictimai mühitdə passiv zərərin azalması hədəflənir.

Azərbaycanda qəbul olunacaq qadağa təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkəsində e-siqaret istifadəsinə qarşı sərt addımların trendinə uyğundur.

Müxtəlif dövlətlər elektron siqaretlərin istifadəsini məhdudlaşdırır və ya qadağan edir. Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsinin qadağan edilməsi bir sıra ictimai sağlamlıq məqsədlərinə xidmət edir. Nikotin və digər zərərli maddələrin təsirini azaltmaq, gənclərin asılılıqdan qorunmasını təmin etmək, passiv zərər riskini aradan qaldırmaq və qanunvericiliyi vahid standartlara uyğunlaşdırmaq. Bu qadağa, eyni zamanda, dünya təcrübəsinin bir hissəsi kimi qəbul edilir və tütün məhsullarına qarşı qlobal təhlükəsizlik strategiyası ilə üst-üstə düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti