...

Bakı Limanının ikinci fazası üzrə layihələndirmə işlərinin nəticələri yaxın aylarda bəlli olacaq

İqtisadiyyat Materials 18 Dekabr 2025 12:07 (UTC +04:00)
Bakı Limanının ikinci fazası üzrə layihələndirmə işlərinin nəticələri yaxın aylarda bəlli olacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Limanın birinci fazası üzrə işlər artıq yekunlaşıb. Qurumların birləşməsi nəticəsində və reallıqların dəyişməsinə görə artıq Bakı Limanının Baş planı və strateji inkişaf istiqamətləri üzrə işlər aparılır.

Trend xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov bu gün liman ərazisinə təşkil edilən mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanın ikinci fazası bizə minimum 25 milyon ton və yarım milyon TEU konteyner ekvivalentindən artıq güc verəcək. Hazırda layihələndirmə işləri davam edir. Yaxın aylarda ilkin nəticələr bəlli olacaq", - direktor vurğulayıb.

Xəbər lenti

Xəbər lenti