...

Netanyahu Misirlə rekord məbləğdə qaz müqaviləsini təsdiqləyib

Dünya xəbərləri Materials 18 Dekabr 2025 02:27 (UTC +04:00)
Netanyahu Misirlə rekord məbləğdə qaz müqaviləsini təsdiqləyib

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu 17 dekabr axşamı Misirlə ümumi dəyəri 112 milyard şekel (34,6 milyard dollar) olan qaz təchizatı müqaviləsinin bağlanmasını təsdiqlədiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə o, İsrailin Enerji naziri Eli Koen ilə birgə xüsusi televiziya müraciətində bildirib.

"Bu gün İsrail tarixində ən böyük qaz müqaviləsini təsdiqlədim. Sazişin dəyəri 112 milyard şekeldir və bunun 58 milyardı (17,9 milyard dollar) birbaşa dövlət xəzinəsinə gedəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, müqavilə qaz infrastrukturuna irimiqyaslı investisiyaları nəzərdə tutur və Amerikanın "Chevron" şirkəti və İsrail tərəfdaşlarının iştirakı ilə bağlanıb.

"Təhlükəsizlik maraqlarımız və burada ətraflı danışmayacağım digər həyati əhəmiyyətli maraqlarımız təmin edildikdən sonra bu müqaviləni təsdiqlədim", - deyə B.Netanyahu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti