...

AAİB Azərbaycan üzrə makroiqtisadi proqnozların dərc olunmasının mümkünlüyü barədə açıqlama verib

İqtisadiyyat Materials 18 Dekabr 2025 17:02 (UTC +04:00)
AAİB Azərbaycan üzrə makroiqtisadi proqnozların dərc olunmasının mümkünlüyü barədə açıqlama verib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Almatı.Trend:

Avrasiya İnkişaf Bankı (AAİB) Azərbaycanın banka üzvlüyündən sonra ölkə üzrə makroiqtisadi proqnozların dərcinə başlaya bilər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu AAİB-in Analitik İşlər üzrə İdarəsinin rəhbəri Aleksey Kuznetsov "2026-2028-cı illərin makroiqtisadi proqnozu" adlı hesabatın təqdimatında deyib.

Onun sözlərinə görə, bank Özbəkistanın daxil edilməsi makroiqtiasdi proqnozunu iyun ayında genişləndirib. Bu ölkə üçün bankın bütün üzv ölkələrinin iqtisadiyyatının təhlili və proqnozlaşdırılması üçün istifadə olunan kompleks əsasında xüsusi bir model kompleksi hazırlanıb.

“Artıq bizim bütün makroiqtisadi nəşrlərimiz və monitorinqlərimizdə Özbəkistan da yer alır. Azərbaycan bankın üzvü olacağı mərhələyə çatdıqda tamamilə analoji prosedurlar həyata keçiriləcək, Azərbaycan üçün uyğun model alətləri hazırlanacaq və Azərbaycan müntəzəm makroiqtisadi nəşrlərimizdə yer alacaq,” – deyə A. Kuznetsov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti