...

Yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana ixrac olunan neftin həcmi məlum olub

İqtisadiyyat Materials 18 Dekabr 2025 18:10 (UTC +04:00)
Yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana ixrac olunan neftin həcmi məlum olub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan Gürcüstana 1,586 milyon ABŞ dolları dəyərində 3,838 min ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Hesabat dövründə Gürcüstan Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 21-ci yeri tutub.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti