...

"Oskar" mükafatlandırma mərasimi "YouTube"da yayımlanacaq

Dünya xəbərləri Materials 18 Dekabr 2025 01:29 (UTC +04:00)
"Oskar" mükafatlandırma mərasimi "YouTube"da yayımlanacaq

Bakı. Trend:

"Oskar" mükafatlandırma mərasimi 2029-cu ildən etibarən televiziyada göstərilməyəcək və "YouTube2 onlayn platformasında yayımlanacaq.

Trend-in məlumatına görə, bu Amerika Kino Sənətləri və Elmləri Akademiyası xəbər verib.

"Kinematoqrafiya Sənətləri və Elmləri Akademiyası və "YouTube" 2029-cu il, 101-ci mərasimdən başlayaraq 2033-cü ilə qədər davam edəcək "Oskar" mükafatlandırma mərasiminə "YouTube"a eksklüziv qlobal hüquqlar verəcək çoxillik bir razılaşma əldə ediblər", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, video platformada yayım dünya üzrə iki milyarddan çox izləyici üçün əlçatan olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti