...

Milli Məclisin Daxili Nizamnaməsində müddət və iclasla bağlı dəyişiklik edilib

Siyasət Materials 18 Dekabr 2025 13:56 (UTC +04:00)
Milli Məclisin Daxili Nizamnaməsində müddət və iclasla bağlı dəyişiklik edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin Daxili Nizamnaməsində müddət və iclasla bağlı dəyişiklik edilib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, maddədə nəzərdə tutulan müddət dəqiqləşdirilib və “il” sözündən sonra “martın 31-dək” ifadəsi əlavə olunub. Bununla yanaşı, sənəddə yer alan “sessiyasının beşinci iclasında” sözləri “sessiyasında” sözü ilə əvəz edilib.

Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, dəyişiklik 1996-cı il 17 may tarixli qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti