...

Azərbaycandan Ermənistana 22 sistern vaqon Aİ-95 markalı benzin yola salınıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 18 Dekabr 2025 13:54 (UTC +04:00)
Azərbaycandan Ermənistana 22 sistern vaqon Aİ-95 markalı benzin yola salınıb (FOTO/VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin qərarı ilə oktyabrda Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.

Trend-in məlumatına görə, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.

Belə ki, 22 sistern vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti