...

Merts Aİ-ni Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırdı.

Dünya xəbərləri Materials 17 Dekabr 2025 23:12 (UTC +04:00)
Merts Aİ-ni Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırdı.

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merts Avropa İttifaqını (Aİ) dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı qərar qəbul etməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Almaniya kansleri Bundestaqda çıxışı zamanı deyib.

"Avropadan Ukraynaya davamlı maliyyə dəstəyi kifayət deyil", - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya aktivlərinin müsadirə edilməsi və Ukraynaya verilməsi "Ukrayna ordusunun ən azı daha iki il maliyyələşdirilməsinə imkan verəcək".

Öz növbəsində, Macarıstanın Baş naziri Viktor Orban Brüsselə gəldikdən sonra Rusiyanın maliyyə aktivlərinin müsadirə edilməsi məsələsinin 18-19 dekabr tarixlərində Belçikanın paytaxtında keçiriləcək Aİ sammitinin gündəliyində olmayacağını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti