Bakı. Trend:
Avrasiya İnkişaf Bankı (AAİB) 2026-cı ildə Özbəkistanın iqtisadiyyatına 300–500 milyon ABŞ dolları həcmində sərmaye qoymağı planlaşdırır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu AAİB idarə heyəti sədrinin müavini Yaroslav Mandron 2025-ci ilin yekunlarına dair Almatıda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Özbəkistanda 2028-ci ilə qədər olan layihələrin payplaynı 1,5 milyard ABŞ dolları həcmində qiymətləndiirlir.
Y. Mandron qeyd edib ki, AAİB ölkə üçün MDB dövlətlərinə ixracatın bələdçisi kimi çıxış edə bilər və Özbəkistandan olan investorlar üçün müəyyən zəmanətlər təqdim edə bilər.
“AAİB vasitəsilə Özbəkistanın MDB ölkələrinə ixracatını 20 faiz və daha çox artırmaq potensialı var”, - deyə o vurğulayıb.
Qeyd edək ki, AAİB iştirakçı dövlətlərin iqtisadi artımına, onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına investisiya fəaliyyəti vasitəsilə dəstək göstərmək məqsədi ilə yaradılmış çoxtərəfli inkişaf bankıdır. AİB-in iştirakçıları yeddi ölkədir: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan.
