...

Yanvar-noyabr ərzində Azərbaycanın sənaye istehsalının 70 faizindən çoxu özəl sektorun payına düşüb

İqtisadiyyat Materials 18 Dekabr 2025 14:50 (UTC +04:00)
Yanvar-noyabr ərzində Azərbaycanın sənaye istehsalının 70 faizindən çoxu özəl sektorun payına düşüb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın sənaye istehsalının 70 faizindən çoxu özəl sektorun payına düşüb.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev Bakıda “Dayaq” mükafatının təqdimetmə mərasimində bildirib.

“Ölkədə inklüziv sahibkarlıq inkişaf edir, qadınların biznes təşəbbüslərini gerçəkləşdirməsi üçün şərait yaradılır. Nəticədə, bu ilin doqquz ayı ərzində qadın sahibkarların sayı artaraq təxminən 339 minə çatıb”, - deyə o bildirib.

Nazir müavinin sözlərinə görə, Azərbaycadan startapların dəstəklənməsi üzrə müsbət təcrübə formalaşmaqdadır.

“Bunun üçün müxtəlif stimullaşdırıcı güzəştlər tətbiq olunur. Dövlət və özəl sektor tərəfindən dəstəklənən inkubatorlar və akselerasiya mərkəzləri fəaliyyət göstərir, həmçinin vergi güzəştlərini nəzərdə tutan startap sertifikatları verilir. Şübhəsiz ki, son illərdə dövlətimizin əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərimizin doğma torpaqlarına mümkün qədər tez qayıtmasının təmin edilməsidir”, - E. Əliyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti