...

ABŞ Meksika narkokartelinə sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 18 Dekabr 2025 12:21 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Maliyyə Nazirliyi Meksikanın “Santa Rosa de Lima” karteli və ona bağlı şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Məlumata görə, sanksiyaların tətbiqinə səbəb bu mütəşəkkil cinayətkar qrupun iri həcmli neft və yanacaq oğurluqlarında iştirakıdır.

“Bu kartel enerji daşıyıcılarının trans-sərhəd qara bazarının inkişafına vəsilə olur və qanunlara riayət edən ABŞ neft-qaz şirkətlərinə ziyan vurur,” – nazirliyin məlumatında bildirilir.

ABŞ Maliyyə Naziri Skott Bessent vurğulayıb ki, nazirlik cinayətkar kartellərin maliyyə cəhətdən təcrid olunması üzərində işini davam etdirəcək və qanunsuz gəlirlərin yuyulmasına qarşı mübarizə aparacaq.

“Kartellər harada və necə pul qazanıb yuyursa yusun , biz onları tapacağıq və buna son qoyacağıq”, – deyə Bessent qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti