...

Dövlət büdcəsi hesabına təqdim edilən reabilitasiya vasitələrinin növləri 4 dəfə artıb - Nazir müavini

Cəmiyyət Materials 18 Dekabr 2025 10:30 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət büdcəsi hesabına təqdim edilən reabilitasiya vasitələrinin növlərinin sayı təxminən 4 dəfə artıb.

Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Rəşad Mustafayev bu gün Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə keçirilənMediada İnklüziv Dildən İstifadənin Təşviqi mövzusunda seminarda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, reabilitasiya xidmətləri ilə təmin olunan şəxslərin illik sayı 10 dəfədən çox artıb, dövlət büdcəsi hesabına təqdim edilən reabilitasiya vasitələrinin növlərinin sayı təxminən 4 dəfə, həmin vasitələrin illik təminat sayı isə 3 dəfəyə yaxın yüksəlib.

"Bu gün qalib Azərbaycanın inkişaf strategiyasının əsas xüsusiyyətlərindən biri inklüziv inkişafın təmin edilməsidir.

Mediada inklüzivliyə zidd terminlərə də tez-tez rast gəlinir. Bu səbəbdən mediada inklüziv kommunikasiya məsələsi hüquqi diqqət və məsuliyyət tələb edir. Bu gün keçirilən seminar da məhz mediada inklüziv dildən istifadənin təşviqinə, terminologiya ilə bağlı biliklərin artırılmasına, tövsiyə olunan və olunmayan ifadələr barədə aydınlıq yaradılmasına xidmət edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti